Futzal üzrə Azərbaycan millisi daha 2 yoldaşlıq görüşü keçirəcək.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, rəqib Gürcüstan yığması olacaq.
Qarşılaşmalar aprelin 9-da və 11-də Tbilisi İdman Sarayında gerçəkləşəcək.
Qeyd edək ki, Azərbaycan millisi yanvarın 22-də və 24-də Bakı İdman Sarayında Danimarka ilə yoldaşlıq görüşlərində qüvvəsini sınayıb.

















































































