İspaniya Kubokunda yarımfinal mərhələsinin cavab görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Kamp Nou" stadionunda "Barselona" və "Atletiko Madrid" komandaları üz-üzə gəlib.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0.
29-cu dəqiqədə Mark Bernal hesabı açıb. 45+4-cü dəqiqədə Rafinya penaltini dəqiq yerinə yetirərək, "Barsa"nın üstünlüyünü möhkəmlədib. 72-ci dəqiqədə isə Bernal özünün ikinci, komandasının üçüncü qolunu vurub.
Lakin bu qalibiyyət "Barselona"nın mübarizəni dayandırmasına səbəb olub. Fevralın 12-də keçirilmiş ilk matçda "Atletiko Madrid" 4:0 hesabı ilə qalib gəldiyindən, finala vəsiqə qazanıb.
Xatırladaq ki, "Barselona" İspaniya Kubokunun son qalibi olub. Kataloniya komandası 2025-ci il aprelin 26-da keçirilmiş final görüşünün əlavə vaxtında "Real Madrid"i məğlub edib - 3:2.














































































