"Fənərbağça" komandasının baş məşqçisi Domeniko Tedesko "Qaziantep"ə qarşı Türkiyə Kubokunun qrup mərhələsinin oyunu buraxacaq.
Sportnet.az klubun rəsmi saytına istinadən məlumatına görə, italiyalı mütəxəssisin ağır infeksion xəstəliyi var.
41 yaşlı baş məşqçi martın 8-də "Samsunspor"la Superliqa matçında kollektivin yanında olacağı güman edilir.
"Qaziantep"lə qarşılaşma isə bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.
Xatırladaq ki, Domeniko Tedesko "Fənərbağça"ya 2025-ci ilin sentyabrından rəhbərlik edir. Hazırda "sarı-lacivərdilər" Superliqada lider "Qalatasaray"dan 4 xal geridədirlər və 2-ci pillədə qərarlaşıblar.














































































