"Oyun çox yaxşı keçdi. Təəssüf ki, son dəqiqələrdə qol buraxdıq. Amma yaxşı ki, sonda qələbə qazana bildik". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi”nin müdafiəçisi Aylton Səudiyyə Ərəbistanın "Əl-Faysali” klubunu 2:1 hesabı ilə yendikləri yoxlama oyunundan sonra deyib.
Klub saytına açıqlama verən 20 yaşlı yarımmüdafiəçi baş məşqçi Samir Əliyevin tapşırığını yerinə yetirməyə çalışdıqlarını bildirib: "Baş məşqçimiz mümkün qədər çox top saxlamağı tələb edir, biz isə bunu yerinə yetirməyə çalışırdıq. Qələbənin davamını gətirmək üçün çox çalışmalıyıq”.
Qeyd edək ki, Aylton "Əl-Faysali" ilə görüşdə ilk qolun müəllifi olub.