ABŞ-nin MLS Liqasında çıxış edən "İnter Mayami" klubunun hücumçusu Lionel Messi növbəti uğurlu göstərici ilə yadda qalıb.
Sportnet.az xəbər verir ki, argentinalı futbolçu “Nyu York Siti" ilə keçirilən görüşdə (3:2) cərimə zərbəsindən birbaşa qol vurub.
Bu, Messinin karyerasında standart vəziyyətlərdən vurduğu 71-ci qol olub. Bununla o, braziliyalı əfsanə Peleni (70 qol) geridə qoyaraq, bu göstəricidə ikinci pilləyə yüksəlib. Siyahıya 77 qolla digər braziliyalı sabiq futbolçu Juninyo Pernambukano başçılıq edir.
Qeyd edək ki, 5 turdan sonra “İnter Mayami” 10 xalla MLS-in Şərq konfransında üçüncü pillədə qərarlaşıb.

















































































