UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə 2 görüş keçirilib.
Qarşılaşmalar qonaqların qələbəsi ilə yekunlaşıb.
İngiltərə təmsilçisi "Arsenal" Portuqaliyada "Sportinq"ə qalib gəlib - 1:0. Yeganə qolu 90+1-ci dəqiqədə Kay Haverts vurub.
Almaniya "Bavariya"sı isə İspaniyada "Real Madrid"i məğlub edib - 2:1. İlk 2 qolu qonaqlar vurub. 41-ci dəqiqədə Luis Dias hesabı açıb. 46-cı dəqiqədə Harri Keyn fərqi artırıb. Meydan sahiblərindən isə Kilian Mbappe 74-cü dəqiqədə fərqlənib.
Cavab görüşləri aprelin 15-də keçiriləcək.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi
İlk oyunlar
7 aprel
23:00 "Real Madrid" (İspaniya) - "Bavariya" (Almaniya) - 1:2
Qollar: Kilian Mbappe, 74 - Luis Dias, 41, Harri Keyn, 46
23:00 "Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə) - 0:0
Qol: Kay Haverts, 90+1
Qeyd edək ki, mərhələnin digər 2 matçı olan "Barselona" (İspaniya) - "Atletiko" (İspaniya) və PSJ (Fransa) - "Liverpul" (İngiltərə) matçları aprelin 8-də Bakı vaxtı ilə 23:00-da start götürəcək.
















































































