Türkiyə Super Liqası təmsilçisi "Beşiktaş"ın hücumçusu El Bilal Ture zədəsini sağaldıb.
Sportnet.az xəbər verir ki, 2 aya yaxındır yaşıl meydanlardan uzaq qalan malili forvard 10 aprel baş tutacaq "Antalyaspor"la görüşdə oynamağa hazır olacaq.
Qeyd edək ki, müqavilə ilə "Atalanta"ya məxsus olan 25 yaşlı hücumçu icarə əsasında çıxış etdiyi "Beşiktaş"da cari mövsüm meydana çıxdığı 16 matçda 5 dəfə fərqlənib və 4 məhsuldar ötürməyə imza atıb.












































































