AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportnet.az xəbər verir ki, "Zirə" komandası ambulansı gecikdiyinə görə cərimələnib:
7 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVI turun “Zirə” – “Şamaxı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Zirə” komandası 2000 manat cərimə edilsin (maddə 99, 57.2);
7 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVI turun “Zirə” – “Şamaxı” oyununun 53-cü dəqiqəsində “Şamaxı” komandasının 11 nömrəli futbolçusu Dioqo Balau ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Şamaxı” komandası 1000 manat cərimə edilsin (maddə 44.1);
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XXVI turunda oynanılan "Zirə" - "Şamaxı" matçı 1:1 hesablı heç-heçə ilə başa çatıb.














































































