
İdman qurğusunda görülən işlərə rəhbərlik edən iş icraçısı Xəqani Səfərov klubun mətbuat xidmətinə açıqlamasında bunları deyib: "Stadion uzun illər baxımsızlıq səbəbindən bərbad vəziyyətə düşüb. Şəhər rəhbərliyi tərəfindən ərazinin abadlaşdırılması üçün müvafiq tapşırıqlar verilib. Gecəli-gündüzlü bu işlərlə məşğuluq, iməclik keçiririk. Şəhər ictimaiyyəti aparılan işlərdə fəallıq göstərir. Gəncə şəhər stadionu əvvəllər ölkənin sayılıb-seçilən ikinci arenası olub. Hər bir gəncəlinin arzusu "Kəpəz”in tezliklə ayaqüstə qalxması və azarkeşləri qələbələrlə sevindirməsidir. Şəhər stadionu yenidən qurulacaq, tamaşaçılar sevimli komandamızın davamlı uğurlarına buradan şahidlik edəcəklər".


