
Bu gün son Türkiyə çempionu "Qalatasaray" braziliyalı futbolçu Felipe Melonun taleyinə aydınlıq gətirəcək.
Sportnet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırlıq görüşü üçün İstanbula gələn İtaliya "İnter"i ilə təkrar danışıqlar aparılacaq.
Mançininin transferində xüsusi maraqlı olduğu sambaçıya qarşılıq olaraq "Nerazzura" rəhbərliyinin türklərə Yuqo Naqatomonu məsləhət görəcəyi gözlənilir . Ancaq "aslanlar"ın bu təklifə müsbət cavab verəcəyi inandırıcı görünmür. Çünki klub əvvəlcədən yaponiyalını deyil, çilili yarımmüdafiəçi Medeli istədiyini açıqlayıb.