
"Qəbələ" Avropa Liqasının I təsnifat mərhələsinə daha bir futbolçunun adını əlavə edə bilər. Bu barədə Sportnet.az-a "Qəbələ"nin meneceri Səbuhi Səfiyarlı məlumat verib.
O, Bosniya və Herseqovinanın "Şiroki Brieq"komandası ilə görüşlər üçün təqdim etdikləri A siyahısında yer alan 16 futbolçuyla yanaşı, B siyahısını da hazır etdiklərini bildirib. Səfiyarlı həmin siyadıda reqlamentə əsasən 01 yanvar 1993-cü ildən sonra doğulmuş 4 futbolçunun adını daxil etdiklərini söyləyib: "Elvin Camalov, Sadiq Quliyev, Şirməmməd Məmmədov və Murad Musayev B siyahısında yer alacaqlar. Həmin siyahını ilk oyuna 24 saat qalmış UEFA-ya təqdim edəcəyik".
Klub rəsmisi A siyahısına əlavə edə biləcəkləri futbolçu barədə də məlumat verib: "Hələ konkret heç nə yoxdur. Ancaq onu deyə bilərəm ki, "Şiroki Brieq"lə oyuna qədər hücumçu almayacağıq. Əgər A siyahısına əlavəmiz olsa, bu, mərkəz müdafiəçisi olacaq".