İtaliya A Seriyası təmsilçisi "Yuventus" kapitanı Manuel Lokatellinin taleyinə aydınlıq gətirib.
Sportnet.az xəbər verir ki, "qoca sinyora" futbolçusunu komandada saxlamaq qərarına gəlib.
Tərəflər müqavilənin müddətini uzatmaq barədə razılığa gəliblər.
28 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
Qeyd edək ki, Manuel Lokatelli 2023-cü ilin yayından "Yuventus"un şərəfini qoruyur.
















































































