Andorraya qarşı dünya çempionatının seçmə oyununda meydançanı vaxtından əvvəl tərk etmiş qadın futbolçulardan ibarət Azərbaycan millisinin kapitanı Sevinc Cəfərzadənin durumuna aydınlıq gəlib.
Bu barədə Sportnet.az-a yığmanın baş məşqçisi Siyasət Əsgərov məlumat verib.
Onun sözlərinə görə, 32 yaşlı yarımmüdafiəçinin səhhətində narahatlıq doğuracaq hal yoxdur.
"Sevincdə çox qaçmışdı deyə, yorğunluq yaranmışdı, son dəqiqələrdə də ayağında sudurqa tutdu. Amma ciddi bir şeyi yoxdur. Aprelin 18-də Andorra ilə Bakıda keçirəcəyimiz oyunadək yetişəcəyini düşünürük".
Qeyd edək ki, Sevinc Cəfərzadə Andorra üzərində 3:1 hesablı qələbə qazandıqları görüşdə dubl edib.
















































































