Azərbaycan Premyer Liqasının XXVIII turunun oyunları davam edir.
Sportnet.az xəbər verir ki, "Zirə" "Neftçi"ni qonaq edib.
İlk hissə qolsuz heç-heçə ilə başa çatıb. İkinci 45 dəqiqədə "ağ-qaralar" İmad Farajın qolu ilə hesabı açıb. Matçın son saniyələrində isə qəsəbə təmsilçisi Brahim Konate ilə bərabərlik qolunu vurub.
"Neftçi" futbolçuları ofsayd şübhəsi ilə hakimə etiraz etsə də, bunların nəticəsi olaraq baş məşqçi və daha bir neçə oyunçu qırmızı vərəqə ilə cəzalandırılıb.
Bununla da "Zirə" 28 oyundan 45 xalla 4-cü, "Neftçi" 27 oyundan 44 xalla 5-ci yerdə qalıb.
--------------------------------
Azərbaycan Premyer Liqasının XXVIII turuna start verilib.
Sportnet.az xəbər verir ki, turun ilk görüşü Sumqayıtda "Socar Polymer Arena"da keçirilib.
"Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edib.
İlk hissəsi qolsuz heç-heçə ilə başa çatan görüşdə bütün qollar ikinci hissədə vurulub. Tovuzlular Naxçıvan təmsilçisinin qapısından 3 top keçirərək qələbə qazanıb.
Tovuz klubu bu qələbə ilə aktivindəki xalları 55-ə çatdıraraq ikinci sırada olan "Qarabağ"dan bir pillə və bir xal geridədir. "Araz-Naxçıvan" isə 39 xalla 6-cı sırada qərarlaşıb.
-----------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasının XXVIII turuna start veriləcək.
Sportnet.az xəbər verir ki, ilk oyun günü iki qarşılaşma baş tutacaq.
İlk matç saat 19:00-da Sumqayıtda "Socar Polymer Arena"da keçiriləcək. "Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edəcək.
Qarşılaşmanı Rauf Cabbarov idarə edəcək.
Hazırda "Araz-Naxçıvan" 39 xalla 6-cı yerdədir. "Turan Tovuz" isə 52 xalla turnir cədvəlinin 3-cü sırasında qərarlaşıb.
İki komandanın son 10 duelinə baxsaq, tovuzlular Naxçıvan təmsilçisindən üstündür. Onlar bu görüşlərdən 5-ini qazanıb, 3-ünü uduzub, 2 dəfə də qarşılaşma sülhlə başa çatıb. Əsasən qeyri-məhsuldar keçən bu matçlarda top fərqində Tovuz təmsilçisi öndədir - 18:11.
"Araz-Naxçıvan"ın son 5 matçında 2 qələbəsi, 3 məğlubiyyəti var. "Turan Tovuz" isə 2 qələbə, 2 heç-heçə və 1 məğlubiyyətlə yadda qalıb.
Günün ikinci görüşü isə Zirə OİK stadionunda keçiriiləcək.
"Zirə" "Neftçi"ni sınağa çəkəcək.
Saat 19:30-da start veriləcək görüşü İnqilab Məmmədov idarə edəcək.
"Zirə" 44 xalla turnir cədvəlində 4-cü, "Neftçi" isə 43 xalla 5-cidir. Xatırladaq ki, "ağ-qaralar"ın bir oyun əskiyi var.
Tərəflərin son 10 duelində ümumi bərabərlik var. Hər iki komandanın da 4 qələbəsi var. 2 matç isə heç-heçə ilə yekunlaşıb.
"Zirə" son 5 oyununda 2 dəfə qələbə qazanıb, 2 dəfə heç-heçə edib və 1 dəfə də uduzub. Qəsəbəlilərin 2 matçı heç-heçə ilə başa çatıb.
Azərbaycan Premyer Liqası, XXVIII tur
17 aprel (cümə)
17:00. "Araz-Naxçıvan" - "Turan Tovuz" - 0:3
Qollar: İbrahima Vadji, 72; Joarlem Santos, 82; 90+2
Baş hakim: Rauf Cabarov
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Şirmamed Mamedov
Dördüncü hakim: İslam Məmmədov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Emin Cəfərov
Sarı vərəqələr: Bəxtiyar Həsənalızadə, 84 (qeyri-idman hərəkəti); Felipe Santos, 90+3 (qeyri-idman hərəkəti) - İbrahima Vadji, 46 (qeyri-idman hərəkəti); Joarlem Santos, 52 (qeyri-idman hərəkəti); Emmanuel Hakman, 87 (qeyri-idman hərəkəti); Fərid Yusifli, 90+3 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Mark Kaser (“Turan Tovuz” ), 69 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 6 dəq.
"SOCAR Polymer Arena", 500 tamaşaçı
“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli 5. Slavik Alxasov (34. Urfan Abbasov, 75) 8. Coşqun Diniyev (6. Patrik Andrade, 63) 4. Rahil Məmmədov (k) 26. Ömər Buludov 24. Mustafa Əhmədzadə (11. Ba-Muaka Simakala, 78) 16. Ramon Maçado 17. İssuf Paro (3. Bəxtiyar Həsənalızadə, 63) 23. Nuno Rodriqes 7. Hamidu Keyta (70. Şarl Boli, 63) 10. Felipe Santos
Ehtiyat oyunçular: 12. Kristian Avram 14. Ülvi İsgəndərov 86. İbrahim Piriyev 19. Bar Kohen
Baş məşqçi: Andrey Demçenko
“Turan Tovuz”: 1. Oleq Baklov 17. Rəhim Sadıxov (8. David Tavareş, 89) 10. Xəyal Nəcəfov (6. Fərid Yusifli, 89) 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov (99. İbrahima Vadji, 46) 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 7. Xorxe Silva 19. Roberto Olabe 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 29. Filip Ozobiç 4. Şəhriyar Əliyev 9. Coş Cinnelli
Baş məşqçi: Kurban Berdiyev
19:30. "Zirə" - "Neftçi" - 1:1
Qollar: Brahim Konate, 90+4 - İmad Faraj, 64
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Zöhrab Abbasov
Dördüncü hakim: Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Sarı vərəqələr: İssa Cibrila, 50 (qeyri-idman hərəkəti); Leroy Mikels, 86 (hakimin qərarına etiraz); Brahim Konate, 90+5 (qeyri-idman hərəkəti) - İmad Faraj, 45 (qeyri-idman hərəkəti); Elvin Bədəlov, 88 (qeyri-idman hərəkəti); Emil Balayev, 90+5 (qeyri-idman hərəkəti)
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Rəşad Sadıqov, 50 (hakimin qərarına etiraz) - Vitali Vernidub, 39 (hakimin qərarına etiraz); Yuri Vernidub, 90+8 (hakimin qərarına etiraz)
Qırmızı vərəqə: Breno Almeyda, 90+5 (təcavüzkar davranış)
Rəsmi şəxslərə göstərilən qırmızı vərəqələr: Ağabala Ramazanov, 90+6 (rəqib texniki zonaya daxil olduğu üçün) - Yuri Vernidub, 90+8 (hakimin qərarına etiraz); Dmitro Kara-Mustafa, oyundan sonra (meydançaya daxil olub hakimin qərarına etiraz etdiyi üçün)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.
Zirə İdman Kompleksinin stadionu, 1200 tamaşaçı
“Zirə”: 97. Tiaqo Silva 73. Anatoli Nuriyev (93. Brahim Konate, 46) 32. Qismət Alıyev (k) 4. Ruan Renato 25. Enrike Kustodio 9. Davit Volkov (28. Leroy Mikels, 62) 30. Rikardo Martins (8. İsmayıl İbrahimli, 69) 20. İssa Cibrila (10. Giorgi Papunaşvili, 69) 5. Ange Mutsinzi 17. Ayron Qomis 22. Eren Aydın (11. Junior Martins, 79)
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 26. Stefan Aka
Baş məşqçi: Rəşad Sadıqov
“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) (23. Cordan Rezabala, 74) 15. Elvin Bədəlov 7. Emil Səfərov 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu (6. Sessi Dalmeyda, 84) 33. Breno Almeyda (47. Murad Məmmədov, 87) 11. İmad Faraj (70. Andrey Ştoqrin, 74) 10. Freddi Varqas (45. Vensan Abubakar, 87)
Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanskiy 14. Edvin Kuç 22. Luis Ortis 28. Alessio Kurçi
Baş məşqçi: Yuri Vernidub


















































































