19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının ikinci seçmə mərhələsində üçüncü oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, B liqasının 6-cı qrupunda yer alan Azərbaycan millisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirdiyi sonuncu matçında Gürcüstan yığması ilə qarşılaşıb.
“Luçko” stadionunda təşkil olunan qarşılaşma rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan yığmasının heyətində qolu 5-ci dəqiqədə penaltidən Xanım Əsədova vurub.




















































































