"Sabah"ın futbolçusu Timoteuş Puxaçın səfərdə "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra Sportnet.az-a müsahibəsi
- Artıq çempionluğunuzu qeyd edə bilərsiniz?
- 4 gündən sonra kubok matçımız var. Çox qeyd edə bilmərik. Hələ də rəsmən çempion deyilik. Ona görə də sona qədər oynamalıyıq. "Qarabağ"la evdə görüşümüz var. Onlarla oynamaq yaxşıdır. Güclü hücum xəttinə malik iki komandanın matçı maraqlı olur.
- İkinci hissəni azlıqda oynamağınıza baxmayaraq, qapınızda top görmədiniz. Bir müdafiəçi kimi barədə nə deyə bilərsiniz?
- Əla mübarizə apardıq. Baş məşqçimiz Valdas Dambrauskasın da düzgün strategiyasının böyük rolu oldu. 5-li müdafiəyə keçdik. İndiyə qədər bunu təcrübə etməsək də, oyunçular buna yaxşı adaptasiya oldu. Müdafiədə son gücümüzə qədər döyüşürdük. Qol buraxmamağımızın səbəbi də bu oldu.
- Çempionlar Liqasında oynamaq üçün səbrsizlənirsiniz?
- Hələ çempion deyilik. Riyazi olaraq "Qarabağ"ın da şansı var. İşimiz bitməyib. Üstün olmaq yaxşıdır, amma hər bir halda vəzifəmizi sona qədər icra etməliyik. Təsəvvür belə edə bilməzsiniz ki, Çempionlar Liqasında oynamaq üçün o anları nə qədər gözləyirəm. Lakin biz kubok matçına köklənmişik. 2 titul qazanmaq ehtimalımız varsa, gələcəkdən danışmaq lazım deyil.
- Komandada qalma planların nə yerdədir?
- Bilmirəm... Çox istərdim ki, qalım. Əsas müqavilədir, şərtlərdir, puldur. Amma fikrimə qalsa, burada olmağı sevirəm.
Mikayıl HACIYEV














































































