“Kəpəz”in “İmişli”yə 0:1 hesabı ilə uduzduğu Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra baş verən insidentin hüquqi nəticələri qaçılmaz görünür.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, qarşılaşmadan sonra qapıçı Yusif İmanovla azarkeşlər arasında yaşanan gərginliyə qarşılıqlı təhqirlər səbəb olub.
Hadisə ilə bağlı klub daxilində intizam tədbirlərinin görüləcəyi gözlənilir.
Bununla yanaşı, baş verən insidentin AFFA İntizam Komitəsi tərəfindən də araşdırılacağı və “Kəpəz” klubunun müəyyən sanksiyalarla üzləşə biləcəyi istisna olunmur.











































































