“Zirə” Premyer Liqada 100-cü dəfə heç-heçə edib. Bu, “Neftçi” ilə ev matçında qeydə alınıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXVIII turunun görüşü 1:1 hesabı ilə nəticələnib.
Paytaxt təmsilçisi 332-ci oyununda 100-cü sülhə imza atıb. “Zirə” çempionatın tarixində 100 və daha çox bərabərliyi olan 11-ci komandadır.
Bakılıların sülhlərindən 51-i ev, 49-u səfər matçında gerçəkləşib.
Qəsəbə klubunun ilk heç-heçəsi 2015/16 mövsümünə təsadüf edib.
2015-ci il avqustun 16-da “Kəpəz”lə səfər qarşılaşmasında 1:1 hesabı qeydə alınıb.
















































































