Bizon Azərbaycan Kubokunda növbəti yarımfinal görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Bank Respublika Arena"da "Sabah" və "Qarabağ" komandaları üz-üzə gəlib.
Oyun meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.
36-cı dəqiqədə "Qarabağ" azlıqda qalıb. Qapıçı Mateuş Koxalski "Sabah"ın hücumunu dəf edərkən kobudluğa yol verib və baş hakim Rəvan Həmzəzadə ona birbaşa qırmızı vərəqə göstərib.
Bununla belə, Ağdam komandası 59-cu dəqiqədə hesabı açıb. Kamilo Duran təqib müdafiəçilərinin səhvindən sonra topu meydan sahiblərinin qapısına göndərib.
"Sabah" say üstünlüyündən oyunun sonlarında yararlanmağı bacarıb. 78-ci dəqiqədə Velko Simiç, 87-ci dəqiqədə isə yeni transfer Patrik Mbina fərqlənib.
Uzatma dəqiqələrində "Qarabağ" topun Simiçin əlinə dəyməsi səbəbindən penalti tələb edib. Lakin referi tələbi rədd edib və final fitini səsləndirib. Nəticədə meydançada toqquşma baş verib və oyun qalmaqalla yekunlaşıb.
Beləliklə, Azərbaycan Kubokunun son sahibi "Sabah" ardıcıl ikinci mövsüm finala çıxıb. Masazır təmsilçisi üçüncü dəfə finala yüksələn və hələ titulu olmayan "Zirə" ilə üz-üzə gələcək. Oyun mayın 13-də "Palms Sports Arena"da keçiriləcək.
--------------------
Bu gün Bizon Azərbaycan Kubokunun ikinci finalçısı da müəyyənləşəcək.
Sportnet.az-ın məlumatına görə, "Bank Respublika Arena"da "Sabah" "Qarabağ"ı sınağa çəkəcək.
Saat 20:00-da start veriləcək görüşü Rəvan Həmzəzadə idarə edəcək.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş ilk qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Cütlük ardıcıl 3-cü dəfədir ki, kubokda üzləşir. Əvvəlki dörd matçda hər iki komanda qol vurub.
“Qarabağ” – “Sabah” – 3 oyun, +1=0-2, top fərqi 12-8
2023/2024 1/4 final
Sabah (Bakı) - Qarabağ (Ağdam) - 1:7, 4:3
2024/2025 final
Qarabağ (Ağdam) - Sabah (Bakı) - 2:3, ə.v.
Qeyd edək ki, dünən oynanılan "Zirə" - " Turan Tovuz" görüşündən (ümumi hesab - 2:0) sonra ilk finalçı qəsəbə təmsilçisi olub.
Bizon Azərbaycan Kuboku
Yarımfinal, cavab oyunu
22 aprel (çərşənbə)
20:00. "Sabah" – "Qarabağ" - 2:1
Qollar: Velko Simiç, 79; Patrik Mbina, 88 - Kamilo Duran, 59
Sarı vərəqələr: İqor Noqeyra, 11 (hakimin qərarına etiraz); Stiv Solvet, 11 (qeyri-idman hərəkəti); Stas Pokatilov, 17 (hakimin qərarına etiraz); Aron Maluda, 44 (hakimin qərarına etiraz) - Kamilo Duran, 90+5 (hakimin qərarına etiraz); Marko Yankoviç, oyundan sonra, oyundan sonra (hakimin qərarına etiraz); Musa Qurbanlı, oyundan sonra (hakimin qərarına etiraz)
Qırmızı vərəqələr: Mateus Koxalski, 37 (rəqibi aşkar qoldan məhrum etdiyinə görə); Marko Yankoviç, oyundan sonra
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Namiq Hüseynov (“Sabah”), 44 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 4 dəq.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev.
"Bank Respublika Arena", 8730 tamaşaçı
İlk oyun - 2:2.
“Sabah”: 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 7. Umarali Raxmonaliyev (99. Patrik Mbina, 74) 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 9. Xəyal Əliyev 70. Cesse Sekidika 11. Kahim Parris 22. Zinedin Uld Xaled 53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas
“Qarabağ”: 99. Mateus Koxalski 27. Toral Bayramov 81. Kevin Medina (k) 8. Marko Yankoviç 20. Kadi Borqes (10. Abdullah Zubir, 90) 2. Mateus Silva 18. Dani Bolt 15. Leandro Andrade (97. Fabian Buntiç, 41) 35. Pedro Bikalyo 11. Emmanuel Addai (22. Musa Qurbanlı, 90) 17. Kamilo Duran
Ehtiyat oyunçular: 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 77. Ramil Şeydayev 9. Joni Montiel 21. Aleksey Kaşuk 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov.












































































