İtaliya A Seriyası təmsilçisi "Napoli" yayda futbolçusu Romelu Lukaku ilə yollarını ayırmağı planlaşdırır.
Sportnet.az-ın məlumatına görə, buna belçikalı hücumçu və klub rəhbərliyi arasında anlaşılmazlıq səbəb olub.
Zədəsinə görə vətəni Belçikada müalicə alan 32 yaşlı forvard milli fasilədən sonra klubun çağırışına baxmayaraq, bazaya geri dönməyib.
Buna görə 150.000 avro cəzalandırılan hücumçu klubdan ayrılmaq qərarına gəlib.
Qeyd edək ki, Romelu Lukaku 2024-cü ildən "Napoli"nin şərəfini qoruyur. Onun neapollularla müqaviləsi 2027-ci ilin yayında sona çatır.


















































































