Futbol üzrə Azərbaycan milli komandasında istefa gerçəkləşib.
Sportnet.az-ın məlumatına görə, 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nərgiz Qurbanova ilə yollar ayrılıb.
U-17-yə müvəqqəti olaraq A milli komandanın məşqçisi Xanlar Əliyev rəhbərlik edəcək.











































































