"Çelsi" baş məşqçisi Liam Rosenioru istefaya göndərib.
Sportnet.az-ın məlumatına görə, ardıcıl 5 matçda uduzmaqla yanaşı, qol vura bilməyən "zadəganlar" 4 aylıq müddətdən sonra 41 yaşlı mütəxəssislə yolları ayırıb.
Tərəflər arasında 2031-ci ilə qədər müqavilə olsa da, London klubu heç bir təzminat ödəməyəcək.
Qeyd edək ki, Liam Rosenior daha öncə "Strasburq", "Hall Siti" və "Derbi Kaunti" klublarını çalışdırıb.











































































