AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA-nın Nyon şəhərindəki baş qərargahında Klubların Lisenziyalaşdırma Komitəsinin iclasında komitə üzvü qismində iştirak edib.
Sportnet.az-ın məlumatına görə, iclasda UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı üzrə qaydalarda nəzərdə tutulmuş dəyişikliklər, həmçinin müasir futbolun aktual mövzularından olan çoxsaylı klub sahibliyi (multi-club ownership) məsələləri əsas müzakirə predmeti olub.
















































































