Türkiyə Super Liqasının XXXI turunda "Qalatasaray" - "Fənərbağça" matçı keçirilib.
Sportnet.az xəbər verir ki, "Rams Park"da təşkil olunmuş İstanbul derbisi meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0.
14-cü dəqiqədə qonaq komandadan Anderson Taliska penaltini dəqiq yerinə yetirə bilməyib.
Hesabı 40-cı dəqiqədə Viktor Osimhen açıb.
62-ci dəqiqədə baş hakim Yasin Kol "Fənərbağça"nın qapısına penalti təyin edib. "Sarı-lacivərdlilər"in qapıçısı Ederson qərara etiraz etdiyi üçün ikinci sarıdan qırmızı vərəqə alıb. Meydançaya daxil olan ehtiyat qolkiper Mert Günok Burak Alper Yılmazın zərbəsini dəf edə bilməyib.
83-cü dəqiqədə isə Lukas Torreyra son nöqtəni qoyub.
Beləliklə, xalını 74-ə çatdıran "Qalatasaray" liderliyini möhkəmlədib və sona 3 tur qalmış ən yaxın izləyicisi "Fənərbağça"nı 7 xal geridə qoyub.












































































