“Qarabağ” Azərbaycan çempionatları tarixində 60-cı dəfə səfərdə böyükhesablı qələbə qazanıb.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu Azərbaycan Premyer Liqasının XXIX turunda yubileyi gerçəkləşdirib.
“Neftçi”nin qonağı olan ağdamlılar üç xalı 5 qolla qazanıblar – 5:1.
“Qarabağ” turnirdə qazanılan böyükhesablı qələbələrin həm ümumi sayında, həm də səfərdəki göstəricidə rekordçudur.
Klub çempionatda rəqib meydanında ilk belə qələbəsini 1992-ci il iyunun 29-da qazanıb.
Kürdəmir “Şirvan”ı ilə görüşdə qonaqlar üç cavabsız qolla qalib gəlib.














































































