"Bavariya"nın icarə əsasında "Qalatasaray"da çıxış edən müdafiəçisi Saşa Boe gələcəyi ilə bağlı qərarını verib.
Sportnet.az Almaniyanın "Sky" nəşrinə istinadən məlumat verir ki, fransalı futbolçunun Bundesliqa təmsilçisi ilə yollarını ayıracaq.
2028-ci ilə qədər müqaviləsi olmasına baxmayaraq, 25 yaşlı cinah müdafiəçisi alman klubunun gələcək planlarında yer almır.
Qeyd edək ki, "Qalatasaray"ın Saşa Boeni heyətinə qata bilmək üçün 15 milyon avro dəyərində satınalma bəndi olsa da, onu aktivləşdirəcəyi dəqiq deyil.















































































