"Napoli"nin icarə əsasında "Qalatasaray"da çıxış edən hücumçusu Noa Lanq gələcək taleyinə aydınlıq gətirib.
Sportnet.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, İstanbul təmsilçisi niderlandlı vingerin müqaviləsində olan 30 milyon avroluq satınalma bəndini aktivləşdirməyəcək.
27 yaşlı oyunçu yayda Neapol təmsilçisinin heyətinə qoşulacaq.
Hollandiya millisinin üzvü transfer pəncərəsində yeni təkliflərə açıq olduğunu bildirib.
Qeyd edək ki, Noa Lanq cari mövsüm "Qalatasaray" forması ilə meydana çıxdığı 16 matçda 2 qol və eyni sayda da məhsuldar ötürməyə imza atıb.


















































































