Azərbayan I Liqasına vəsiqə uğrunda pley-off oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüşdə I Liqada 2025/2026 mövsümündə 9-cu yeri tutmuş “Şimal”la II Liqada 2-ci yerin sahibi “Qaradağ Lölbatan” üz-üzə gəlib.
Dramatik keçən oyunda “Şimal” qalib gəlib. Qonaqların heyətində 75-ci dəqiqədə Rövşən Şahmuradov hesabı açsa da, 85-ci dəqiqədə Rüstəm Hümbətov hesabı bərabərləşdirib. 90+3-cü dəqiqədə isə Rəvan Abasov baxımlı qolla yekun nəticəni müəyyənləşdirib. Bu nəticədən sonra Xaçmaz komandası ilk dəfə mübarizə apardığı I Liqada yerini qorumağı bacarıb.
27 may (çərşənbə)
Pley-off oyunu
16:00. “Şimal” – “Qaradağ Lökbatan” - 2:1
Qollar: Rüstəm Hümbətov, 85. Rəvan Abasov, 90+3 - Rövşən Şahmuradov, 75
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Elvin Bayramov
VAR: Fərid Hacıyev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Şamaxı şəhər stadionu.














































































