1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" üçün "Qəbələ" sindromu
"Qəbələ” Topaz Premyer Liqasında özünün yubiley mövsümünə start verir. Sportnet.az-ın məlumatına görə, 2015/2016 mövsümündə ilk oyununa çıxacaq "qırmızı-qaralar” Premyer Liqada özünün 10-cu mövsümünə başlayacaq.
Ümumilikdə isə bu, 24-cü ölkə çempionatının startıdır. 2006/2007 mövsümündə güclülər dəstəsində debüt edən komanda əvvəlki 9 mövsümdən 2-də çempionatı mükafatçılar sırasında başa vurub. Son iki yarışda ardıcıl iki bürünc medal qazanan "Qəbələ” növbəti medalını qazanmaq uğrunda mübarizəyə evdə start verəcək.
Əvvəlki 9 mövsümdə 272 oyun keçirən "qırmızı-qaralar" Premyer Liqada 108 qələbə qazanıb, 66 heç-heçə edib və 98 dəfə uduzub. Bu oyunlarda "Qəbələ” 314 qol vurub, 301 qol buraxıb. Komanda ilk oyununda son iki mövsümün çempionu "Qarabağ”la qarşılaşacaq. Avropa Liqasında mübarizəni davam etdirən "Qəbələ” avrokuboklarla paralel çıxış edəcəyi ölkə çempionatında da uğur qazanmağa çalışacaq. Biri Premyer Liqa, üçü Avropa Liqasında olmaqla, ardıcıl 4 ev oyununda quru hesabla qalib gələn, 8 matçdır "doğma divarlar” arasında uduzmayan "qırmızı-qaralar” növbəti dəfə meydanı qol buraxmadan qalib gəlməyə çalışacaq.
Qeyd edək ki, bu gün keçiriləcək "Qəbələ" - "Qarabağ" matçı saat 21:00-da başlanacaq.