İyun ayında internet vasitəsilə baş məşqçi axtaran Finlandiya Futbol Federasiyası 140 namizəd arasında seçimini edib. qurum milli komandaya isveçli Hans Bakeni layiq görüb.
Tərəflər arasında razılaşmadan sonra mətbuat önünə çıxan Bake 2 illik müqavilə imzalandığını və işinin icrasına yanvarın 1-dən başlayacağını deyib.
Qeyd edək ki, Hans Bake Danimarka, İsveç, Norveç klublarında, "Zalsburq" və "Panatinaikos"da çalışıb.