AZAL yeni mövsümə hazırlığı davam etdirir. Sportnet.az-ın klubun rəsmi
saytına istinadən məlumatına görə, komanda gündə 1 dəfə olmaqla "AZAL Arena”da
məşqə çıxır.
Hələ ki hazırlıqda fiziki təmrinlər üstünlük təşkil edir. Amma toplu çalışmalara da yer ayrılır. "Təyyarəçilər”
iyunun 28-də Azərbaycan tələbələr yığma komandasına qarşı keçiriləcək oyuna
qədər 2 gün də bu yüklənmə ilə çalışacaq.
Qeyd edək ki, məşqlərdə komandanın bütün üzvləri iştirak edir. İznli olan və uzun yol yorğunluğuna görə dünən istirahət edən Con Oluremi bu gündən hazırlığa start verəcək.