
"Xəzər Lənkəran” klubunun kapitanı Rahid Əmirquliyevin Sportnet.az-a müsahibəsi:
- Növbəti tur "Rəvan”la oyunda hansı nəticəyə ümid edirsiz?
- Öz meydanınımzda oynamaq fərqlidir. Fanatlarımız da gəlib bizi dəstəkliyəcəklər. İnşallah 3 xal qazanmalıyıq ki, bir müddət fasilə olacaq və daha çətin oyunlarımız başlayacaq. Gərək çətin oyunlara daha rahat çıxa bilək. Bunun üçün də qələbə vacibdir.
- Klub olaraq həmişə çempionluğa oynadığınızı bildirirsiz. Amma ötən mövsüm belə bir potensialda heyətiniz olmadı. Bu ilki heyət ilə hansı yerə ümidlisiz?
- Məqsədimiz çempionluq və kubokdur. Avrokuboklarda olmaq üçün çalışmalıyıq. Əlimizdən nə gəlirsə onu da edəcəyik.
- Yeni və keçmiş baş məşqçi arasında hansı fərqləri görürsüz. Ümumiyyətlə Yunis Hüseynovu Lənkərana gəlmiş məşqçilərdən fərqləndirən cəhət nədir?
- Elbrus müəllim bir az yumuşaq davranırdı, amma Yunis Hüseynov daha tələbkardır. Amma ümumilikdə elə də böyük fərq yodur.
- Cavid Hüseynovun adı ətrafında baş verən məlum qalmaqal haqqında fikirləriniz maraqlı olardı...
- Cavidlə aşağı yaş və əsas millidə oynamışıq və onu çox yaxşı tanıyıram. İnanmıram orada cavidin günahı olsun. İnşallah hər şey öz yolunu tapacaq və tezliklə Cavidi yaşıl meydanlarda görərik.
- Futbolçu və jurnalist arasında bu cür qalmaqlın olması və cəmiyyətdə narazılıq yaratması sizin özünüzə necə təsir etdi? Nəzərə alaq ki, bu hər bir futbolçunun başına gələ bilərdi...
- Bu tək futbol üçün yox, ümumilikdə azərbaycan üçün yaxşı hal deyil. Amma mən bildiyimə görə Cavid və jurnalist arasında böyük bir problem olmayıb. Bir-birlərini başa düşə biliblər və razılıqla ayrılıblar. Yenə də onu deyim ki, bu hadisədə Cavidin günahının olmadığına inanıram.
Rahim ŞALİYEV