
Azərbaycanın "Qəbələ" klubunun sabiq baş məşqçisi Yuri Syomin Rusiyanın "Mordoviya" klubuna keçdikdən sonra keçmiş oyunçusunu da yanına aparıb. Sportnet.az-ın Saransk klubunun rəsmi saytına istinadən məlumatına görə, 67 yaşlı mütəxəssis ötən mövsümü "Qəbələ"də keçirmiş İbrahima Niassenin keçidini həll edib.
Seneqallı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Niasse Azərbaycanda 2011-2013-cü illərdə Bakının "İnter", 2013-2014 mövsümündə isə "Qəbələ"nin şərəfini qoruyub.