1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Zaur Svanadze: "Rəhbərlik bizə söz verib"
"İlk yarıda oyuna nəzarət etməyi bacardıq. Ancaq ikinci hissənin sonlarında nəzarəti itirdik". Sportnet.az-ın məlumatına görə, bu sözləri Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze "Neftçi"ni 1:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının II tur matçından sonra deyib.
Gürcüstanlı mütəxəssis qələbəyə rəğmən, problemlərdən də danışıb: "Bir neçə qol imkanımız olsa da, yararlana bilmədik. Komandada dörd zədəli futbolçu var idi, yaxşı ki, bu oyunda onların sayı artmadı. Bəzi futbolçular fiziki cəhətdən hazırlıqlı deyil. Bu səbəbdən ciddi çatışmazlıqlar var. Qısa müddətdən sonra üç həftəlik fasilə yaranacaq və çalışacağıq ki, bu fasilədən maksimum istifadə edək".
Baş məşqçi bir müddətdir klubda yaranan maliyyə problemlərinə də toxunub: "Klub rəhbərliyi maliyyə problemlərinin tezliklə aradan qalxacağına vəd verib.