
Yay təlim-məşq toplanışı üçün
Türkiyənin Ərzurum vilayətini seçən "Xəzər Lənkəran” iyunun 23-dən başlayaraq
hazırlığını davam etdirir. Sportnet.az-ın klubun rəsmi saytına istinadən
məlumatına görə, gündə iki dəfə keçirilən məşqlərdə 21 futbolçu iştirak edir.
Onlardan ikisi - Bayram Budaqov
və bolqar yarımmüdafiəçi Qalin İvanov baxışdadırlar. Yaxın günlərdə klubun
seleksiyaçı-məşqçisi Mario Souzanın mövsüm boyu izlədiyi futbolçulardan daha
ikisi düşərgəyə gələcək.
Qeyd edək ki, Lənkəran təmsilçisinin Ərzurum toplanışı iyulun 6-dək davam edəcək. Hazırlığın 2-ci mərhələsi isə Sloveniyada keçiriləcək.