
Bakının "İnter" klubu Avropa Liqasının I təsnifat mərhələsindəki iştirak ərizəsinə yeni futbolçunun adını daxil etməyəcək. Bunu Sportnet.az-a klubun prezidenti Georgi Nikolov deyib.
Funksioner son mövsüm başa çatdıqdan sonra axtarışında olduqları mərkəz hücumçusunu hələ də tapa bilmədiklərini söyləyib: "Çox istəyərdik ki, iştirak ərizəsinə əlavə 1 futbolçunun adını daxil etmək hüququmuzdan istifadə edək. Ancaq təəssüf ki, arzumuzu həyata keçirə bilməyəcəyik. Nə lazım olan futbolçunu tapa bildik, nə də heç kimi təklif etməyiblər".