
Fransa təmsilçisi ilə görüş sentyabrın 17-də keçiriləcək. Qrupdakı ikinci görüş isə "Tottenhem"ə qarşı Bakıda olacaq. Komandalar oktyabrın 1-də üz-üzə gələcəklər. "Anderlext" isə oktyabrın 22-də Bakıya gələcək.
Noyabrın 5-də isə "Qarabağ" Belçikada meydana çıxacaq. Ayın 26-da isə "Monako" Bakıya səfər edəcək. "Qarabağ" qrupdakı son oyununu dekabrın 10-da səfərdə "Tottenhem"ə qarşı keçirəcək.