Avropa Liqasının qrup mərhələsinin II turunda Rusiyanın "Krasnodar” klubu ilə qarşılaşacaq "Qəbələ” komandası səfər öncəsi Bakıda iki gün məşq edib. Sportnet.az-ın məlumatına görə, Bakı Olimpiya stadionunda baş tutan hazırlıqlarda zədəli Rafael Santos istisna olmaqla, bütün futbolçular iştirak edib.
Baş məşqçi Roman Qriqorçukun komandası hər iki məşq zamanı toplu çalışmalara üstünlük verib. "Qırmızı-qaralar" bu gün Rusiyanın Krasnodar şəhərinə yola düşəcək. Oyunöncəsi son məşq də qarşılaşmanın baş tutacağı "Kuban” stadionunda keçiriləcək. "Qırmızı-qaralar” bu arenaya Bakı vaxtı ilə saat 22:00-da çıxacaq. Saat 21:15-də isə "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk və müdafiəçi Arif Daşdəmirovun iştirakı ilə mətbuat konfransı keçiriləcək.
UEFA Avropa Liqası
Qrup mərhələsi
II tur, 2 oktyabr
C qrupu
00:05. "Krasnodar” (Rusiya) – "Qəbələ”
Baş hakim: Marçin Borski (Polşa)
Baş hakimin köməkçiləri: Rafal Rostkovski, Marçin Bonek (hər ikisi Polşa)
Əlavə köməkçi hakimlər: Daniel Stefanski, Tomaş Vayda (hər ikisi Polşa)
Dördüncü hakim: Krjiştof Mirmus (Polşa)
UEFA nümayəndəsi: Sergey İliç (Belarus)
Hakim-inspektor: Elmir Pilav (Bosniya və Herseqovina)
Krasnodar. "Kuban” stadionu