İspaniya "Atletiko"su Çempionlar Liqası qazansa, Azərbaycan tarixində ilk dəfə nüfuzlu kubok Bakıya gətiriləcək. Bu barədə Sportnet.az-a "Atletiko" ilə əməkdaşlıq edən "Bakı" klubunun vitse-prezidenti Yaşar Seyidov məlumat verib.
Seyidov baş məşqçi Dieqo Simeonenin təkcə Çempionlar Liqasının deyil, həm də İspaniya çempionatının qalibi olacağına ümid etdiyini bildirib: "Bu gecə "Lans" Fransanın yüksək liqasına vəsiqə qazandı. Artıq təkcə İspaniya La Liqasında deyil, Fransanın I Liqasında da formasında "Azerbaijan Land of Fire" yazılmış komanda da mübarizə aparacaq. Hər bir vətənpərvər azərbaycanlı bununla fəxr edə bilər. Ümid edirik ki, bu gün "Atletiko” İspaniya çempionluğunu, mayın 24-də isə Çempionlar Liqasını qazanacaq. Biz də "Bakı” klubu olaraq həmin kubokları gətirib Azərbaycanda nümayiş etdirəcəyik. Ölkəmizdəki futbolsevərlər isə bu mükafatları "Bakı” klubunun bazasında izləyə bilərlər. Burada kuboklarla yanaşı, futbolçuların formaları da nümayiş etdiriləcək".
Qeyd edək ki, "Atletiko" İspaniya çempionluğu uğrunda matçda "Barselona" ilə, Çempionlar Liqasının finalında isə "Real Madrid"lə qarşılaşacaq.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |