1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İvaylo Petev: "Gənclərə şans verəcəyəm"
"Dördüncü yer bizə heç nə vermir. Ancaq komandamız sabah baxımlı oyun göstərməlidir. Eyni zamanda meydana nəticə qazanmaq üçün çıxacağıq”. Sportnet.az-ın "qol.az"a istinadən məlumatına görə, bu sözləri Bolqarıstan millisinin baş məşqçisi İvaylo Petev AVRO-2016-nın seçmə mərhələsində yığmamızla oyundan əvvəl keçirdiyi mətbuat konfransında deyib.
O, hədəflərinin "pley-off”a çıxmaq olduğunu, ancaq müəyyən səbəblərdən bunun alınmadığı qeyd edib: "Bizim əsas problemimiz odur ki, bəzi futbolçular öz klublarında mütəmadi oynamır. Biz pley-off şansımızı Norveçlə oyunda itirdik. Həmin qarşılaşma bizim üçün çox çətin oldu. Vacib xal itkisi isə arzularımızın üzərindən xətt çəkdi”.
Sabahkı oyunda gənclərə şans verəciyini bildirən Petev yığmamız haqda müsbət fikirlər səsləndirib: "Sabah meydanda gənc futbolçuları görəcəksiniz. Xorvatiya ilə oyunda da ekperment etmişdim. Azərbaycan futbolunun inkişafda olduğunu bilirəm. Bu ölkənin klubları da son vaxtlar avrokuboklarda uğurlu çıxış edir. Sabah futbolçularımız oyuna yaxşı köklənməlidir. Təbii ki, rəqibin güclü tərəflərini bilirik. Onlar bizi yaxşı tanıyır. Azərbaycanın bizə sürpriz etməsinə imkan verməməliyik".
Ötən il "Qəbələ”yə keçidi son anda alınmayan Petev bu haqda çox danışmaq istəməyib: "Mən ilk növbədə "Qəbələ”yə uğurlar arzu edirəm. Ancaq konkret hansı səbəbdən bu kluba keçidimin baş tutmamasını deyə bilmərəm. Bu, artıq keçmişdə qalıb".
"Sizin gələcək taleyiniz sabahkı oyunun nəticəsindən asılıdırmı” sualını Petev belə cavablandırıb: "Mən hələ öz gələcəyimi düşünmürəm. Əsas olan sabahkı oyundakı nəticədir. Qalan məsələləri sonra müzakirə edəcəyik”.
Qeyd edək ki, oktyabrın 13-də Sofiyadakı Vasil Levski adına Stadionda keçiriləcək Bolqarıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.