İngiltərə klubu “Liverpul”un baş məşqçisi Arne Slot gələcək mövsümdə də komandanın sükanı arxasında olacağını təsdiqləyib.
Sportnet.az xəbər verir ki, niderlandlı mütəxəssis klub rəhbərliyi ilə yeni futbolçuların transferi barədə danışıqlarda iştirak etdiyini bildirib:
“Hazırda klub və yeni oyunçular arasında danışıqlar gedir və mən də bu prosesə cəlb olunmuşam. Gələn mövsüm “Liverpul”un baş məşqçisi olacağıma inanmaq üçün hər cür səbəbim var”.
Mütəxəssis həmçinin klubla müqaviləsinin davam etdiyini xatırladıb:
“Əvvəla, mənim bu klubla müqaviləm var. İkincisi isə apardığımız bütün danışıq və müzakirələr bunu göstərir. Mənim fikrimcə, vəziyyət tam aydındır”.















































































