AFFA Azərbaycan və Moldova milli komandaları arasında keçiriləcək yoldaşlıq görüşünün televiziya vasitəsilə yayımının siqnalı ilə bağlı tender elan edib. Sportnet.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, tenderin qiyməti 20 min manatdır.
Müraciət üçün son tarix 10 noyabr, əlaqələndirici şəxs AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mikayıl Nərimanoğludur.
Qeyd edək ki, noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Moldova matçı saat 21:00-da başlanacaq. Yayımın çəkilişi AFFA tərəfindən təşkil olunacaq.