Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu
gün qeyd olunan Beynəlxalq İdman Jurnalistləri və Polis Günü ilə bağlı fikirlərini
bölüşüb. Sportnet.az-ın məlumatına görə, qurum rəhbəri ona daha yaxın olan
bayramı açıqlayıb.
Musayev idman jurnalistlərini təbrik etsə də, daha
yaxın bildiyi bayramın KİV təmsilçiləri ilə bağlı olmadığını etiraf edib: "Neçə il oranın çörəyini
yemişəm. Bu səbəbdən də mənə Polis günü daha yaxındır”.
Qeyd edək ki, Ramin Musayev uzun müddət polis sistemində çalışıb.