
Bu gün UEFA-nın "Fair-play" və Sosial Məsuliyyət Komitəsinin iclası keçiriləcək. Sportnet.az-ın məlumatına görə, AFFA-nın baş katibi, adıçəkilən komitənin sədrinin 2-ci müavini Elxan Məmmədov iclasda iştirak edəcək.
İclas İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil qərargahında baş tutacaq.