"Təbii ki, futbolçunun milliyə çağırılması sevindiricidir. Bundan əvvəlki təlim-məşq toplanışlarına və seçmə mərhələnin matçlarına dəvət almışam. Baş məşqçi Robert Prosineçki çempionat oyunlarını izləyir və məni yenidən yığmaya cəlb edib". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in futbolçusu Tərlan Quliyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Noyabrın 17-də Moldova yığması ilə yoldaşlıq oyunu haqda danışan futbolçu oyun haqda bunları bildirib: "Yoldaşlıq görüşü olsa da, biz elə belə oyunlarda özümüzü göstərməliyik. Meydanda şans verilsə, bacarığımı ortaya qoymaqla, etimadı doğrultmağa çalışacağam. Hazırlığımız da yaxşı gedir. Səylə məşq edirik, hər şey yaxşıdır".