Azərbaycan Premyer Liqasının XIII turunda Gəncənin "Kəpəz" klubu ilə qarşılaşacaq "Qarabağ"ın futbolçusu Alharbi El Jadeyaoui zədələnib. Sportnet.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin dünən axşam keçirilən məşqində sağ ayaq topuğundan zədələnib.
Ayağı sarğıya qoyulan mərakeşli futbolçu 1 ay yaşıl meydanlardan uzaq qalacaq. Onun dekabrın ortalarında komandaya qoşulacağı ehtimal olunur.
Qeyd edək ki, bu müddət ərzinə yarımmüdafiəçi Premyer Liqada "Kəpəz", "Neftçi", "İnter", "Zirə", "Sumqayıt" və "Qəbələ", Avropa Liqasının qrup mərhələsində isə İngitərənin "Tottenhem" və Belçikanın "Anderlext" klubları ilə görüşü buraxacaq.