"Hesab edirəm ki, pis oynadıq. Oyun xoşuma gəlmədi. Əsas heyətin bir neçə oyunçusunun olmaması oyunumuza da təsir göstərdi". Sportnet.az-ın məlumatına görə, bunu "İnter"in baş məşqçisi Zaur Svanadze səfərdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XV tur matçından sonra deyib.
O, zəif oyunla əlaqədar fasilədə komandasına iradlarını bildirdiyini söyləyib: "Ötürmələr qeyri-dəqiq idi. Sərgilədiyimiz futbolu düzəltməliyik. Biz çox toplar itirdik, mübarizəyə girə bilmirdik. "Qarabağ”la mübarizə aparmasan, nəticə qazanmaq mümkün deyil. Oyunu təhlil edəcəyik”.
Zədə və cəza probleminə görə oynamayanların növbəti turdan sərəncamında olacağını bildirən gürcüstanlı mütəxəssis Günəşli yatağındakı faciəvi hadisə nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verməyi də unutmayıb.