
Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçiriləcək "Qəbələ" - "Krasnodar" (Rusiya) oyununun biletləri satışa çıxarılıb. Sportnet.az-ın məlumatına görə, biletlərin satışına bu gün saat 12:00-dan start verilib.
Biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 5 manat, VİP sektorlar isə 10 manatdır. Satışa 8 500 bilet çıxarılıb. Biletlər oyunun keçiriləcəyi "Bakcell Arena"nın kassalarında satılır.
Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Qəbələ" - "Krasnodar" matçı saat 22:00-da başlayacaq.











































































