FİFA-da yaşanan rüşvət qalmaqalı ilə bağlı yeni iddia irəli sürülüb. Sportnet.az-ın məlumatına görə, bu dəfə ali futbol qurumunun prezidenti Yozef Blatterin adı 100 milyon dollarlıq rüşvətdə hallanır.
Bu məbləğin televiziyaların yayım hüquqlarından əldə olunduğu bildirilir. İSL adlı şirkətin yayım hüququnu almaq üçün aralarında sabiq FİFA prezidenti Joao Avelanj və İcraiyyə Komitəsinin sabiq üzvü Rikardo Teyşeyranın da olduğu xeyli sayda şəxsə 100 milyon dollar rüşvət verildiyi qeyd olunub.
Lakin Blatter ittihamları rədd edib.