
Baş məşqçi Musatafa Dənizli uzun müddətli fasilədən sonra yenidən "Qalatasaray"la avrokubok oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, qayıdış 8 665 gündən sonra baş verib.
Dənizli sonuncu dəfə "sarı-qırmızılar"la 1991/92 mövsümündə Kubok Qalibləri Kubokunun yarımfinalında Almaniyanın "Verder" komandası qarşılaşıb. İlk oyunda 1:2 hesabı ilə məğlub olan "Qalatasaray" cavab görüşündə qolsuz bərabərlik qeydə alındığından kubokdan kənarda qalıb.
66 yaşlı mütəxəssisin yenidən avrokubok maçıtna çıxması 23 il 9 aydan sonra baş verib və bu dəfə Qazaxıstan "Astana"sı 1:1 hesabı ilə bərabərlik qeydə alınıb.
Təcrübəli mütəxəssis 6 ildən sonra isə yenidən Çempionlar Liqasında çıxış edib. Onun qitənin ən nüfuzlu klub turnirindəki sonucu iştirakı "Beşiktaş"la 2008/2009 mövsümündə olub.
Qeyd edək ki, Musataf Dənizli 2013/14 mövsümündə "Xəzər Lənkəran"da da çalışıb. lakin uğursuzluq səbəbindən Lənkəran təmsilçisi türkiyəli mütəxəssislə yolları ayırıb.






































































